Məğlubiyyətlər alnınıza yazılıb...

Azərbaycanın futbol üzrə milli komandaları ötən 10 gündə növbəti uğursuz nəticələri ilə yadda qaldılar.
Əsas yığma ilə bərabər U-21 və U-17 də seçmə mərhələ görüşlərində qələbə qazana bilmədi.
Ümumilikdə millilərimizin meydana çıxdıqları 7 qarşılaşmanın yalnız birində 1 xala sevindik.
Xüsusən gələcəyimiz sayılan U-17 milli komandamızın üç oyuna 18 top buraxması göstərdi ki, perspektivə ümiddən danışanların çıxışları məntiqsiz və pafosdan ibarətdir.
A milli. Dünya çempionatı
Fransa - Azərbaycan 3:0
Ukrayna - Azərbaycan 2:1
U-21 milli. Avropa çempionatı
Çexiya - Azərbaycan 5:0
Azərbaycan - Şotlandiya 3:3
U-17 milli. Avropa çempionatı
Fransa - Azərbaycan 8:0
İsrail - Azərbaycan 5:1
Azərbaycan - Rumıniya 1:5
Mediasport.com.az