Azərbaycanın 14 cüdoçusu Avropa çempionatında mübarizə aparacaq

 Azərbaycanın 14 cüdoçusu Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın gənc cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, ölkəmiz mötəbər yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Qitə birinciliyində ümumilikdə 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) yarışacaq.


Qızlar

48 kq

Nərgiz Əhmədova

Gülgəz Musayeva

52 kq

Aysun Məmmədova

57 kq

Aytən Verdiyeva

Xədicə Qədəşova


Oğlanlar

60 kq

Ayxan Mirzəzadə

66 kq

Məhəmməd Musayev

73 kq

Əbil Yusubov

81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

90 kq

Aslan Kotsoyev

Süleyman Şükürov

100 kq

Davud Namazlı

+100 kq

Ramazan Əhmədov