Avropa Cüdo Ümidləri turniri: Təmsilçilərimiz 4 medal qazandılar

  Avropa Cüdo Ümidləri turniri: Təmsilçilərimiz 4 medal qazandılar

Macarıstanın Dyör şəhərində Avropa Cüdo Ümidləri Turniri keçirilib. 

"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.

U-15 yaş kateqoriyasında Aqşin Bayramov (-60 kq) qızıl, Səttar Qədirov (-42 kq), Fərhad Quliyev (-60 kq) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (-42 kq) bürünc medala yiyələnib.

Xatırladaq ki, beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.