Azərbaycan milli komandası dünya çempionatına İspaniyada hazırlaşır

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunublar.
"Mediasport" xəbər verir ki, toplanışda 36 idmançımız (28 kişi, 8 qadın) iştirak edir.
Cüdoçularımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli rəhbərlik edir.
Təlim düşərgəsi 13-20 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatına, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
20-dən çox ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.