Hidayət Heydərov Tbilisi turnirində bürünc medal qazandı

Hidayət Heydərov Tbilisi turnirində bürünc medal qazandı

Gürücstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın bir təmsilçisi medal qazanıb.

73 kq çəki dərəcəsində yarışan Olimpiya çempionu Hidayət Heydərov bürünc medal əldə edib.

O, həlledici dueldə İspaniya təmsilçisi Anton Şuxaliyevə qalib gəlib.

Digər cüdoçularımızdan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) ümidləri doğrultmayıblar.

Xatırladaq ki, yarışda daha əvvəl Turan Bayramov (66 kq) gümüş medalçı olub.