Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təhvil verildi

Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təhvil verildi

Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatının fərdi mübarizələri başa çatdıqdan sonra bayraq təslimetmə mərasimi reallaşıb.

"Mediasport" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.

Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təhvil alıb.

Mərasimdə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər iştirak ediblər.

Mundial Bakıda gələn il (9-16 iyul) keçiriləcək.

Qeyd edək ki, Bakı bu mötəbər turnirə ikinci dəfə ev sahibi olacaq. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.