Azərbaycanlı oyunçu "Barselona"da

"Barselona"nın "Yuvenil B" komandasının düşərgəsində məşqlərə qoşulan azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə imzalanıb.
"Mediasport" xəbər verir ki, 2008-ci il təvəllüdlü oyunçu artıq rəsmi olaraq "Barselona" klubunun futbolçusudur.
Xatırladaq ki, bu barədə iş adamı Adnan Əhmədzadə özünün sosial media hesabında imzalanma mərasimindən video paylaşıb.
View this post on Instagram