Bu axşam "Nyukasl"ın 6 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Bu axşam "Nyukasl"ın 6 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Nyukasl” meydana itkilərlə çıxacaq.

"Mediasport" xəbər verir ki, İngiltərə klubunun 6 futbolçusu Azərbaycan çempionuna qarşı forma geyinməyəcək.

Bruno Gimaraynş, Lyuis Mayli, Fabian Şör, Tino Livramento və Emil Kraft zədə, Malik Tiav isə cəza səbəbindən oynamayacaq.

"Sent Ceyms Park" stadionunda baş tutacaq görüş Bakı vaxtilə saat 00:00-da start götürəcək.