"Ayntraxt"ın kapitanı: "Meydana çıxıb qələbə qazanmalıyıq"

"Ayntraxt"ın kapitanı: "Meydana çıxıb qələbə qazanmalıyıq"

"Mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq. Bizi sabah Bakıda vacib görüş gözləyir. Hazırda çətin bir dövrdən keçirik. Meydana çıxıb qələbə qazanmalıyıq".

"Mediasport" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olacaq Almaniyanın "Ayntraxt" klubunun kapitanı Robin Kox deyib.

30 yaşlı müdafiəçi sabah Bakıda baş tutacaq görüşöncəsi təşkil edilən mətbuat konfransında Azərbaycan çempionu ilə duel haqda fikirlərini bölüşüb:

"Son oyunlarda çox səhvlərə yol vermişik. Problemlərimizi nəzarət altına almaq üçün bacardığımızın maksimumunu ortaya qoymalıyıq. Bilirik ki, azarkeşlərimiz yanımızda olmasalar da, bizi dəstəkləyirlər. Onalr bizim üçün çox önəmlidirlər".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.