AFFA "Şamaxı"ya məşqçisinə görə 2500 manat cərimə kəsdi

AFFA "Şamaxı"ya məşqçisinə görə 2500 manat cərimə kəsdi

Premyer Liqanın VIII turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov 1 oyunluq cəzalanıb, klub isə 2500 manat cərimələnib.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin həmin matçda 4 futbolçusu sarı vərəqə alan "Şəfa" komandası 700 manat cərimələnib.

"Sumqayıt"la qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanski 1 oyunluq cəzalanıb, Naxçıvan təmsilçisi isə 500 manat cəriməyə məruz qalıb.

"İmişli" ilə görüşdə 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" klubu da 700 manat cərimə ödəyəcək.