Litvada eyni komandada oynadılar, Azərbaycana gəlib rəqib oldular
“Turan Tovuz”un futbolçusu Aleks Souza Yevlaxa səfər zamanı yerli "Karvan" klubunun futbolçuları - Qavi Tompson və Kayl Spenslə görüşüb.
"Mediasport" xəbər verir ki, hər üç legioner vaxtilə eyni komandada oynayıb.
Onlar Litvanın “Hegelmann” komandasında forma geyiniblər.

