Azərbaycan Kubokunda püşk atılır: 34 komanda mübarizə aparacaq

Azərbaycan Kubokunda püşk atılır: 34 komanda mübarizə aparacaq

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, tədbir sentyabrın 18-də baş tutacaq.

Püşkatma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Yarışda 34 komanda mübarizə aparacaq.