"Çempionata qədər tam hazır olacağıq" - Elnur Abdullayev
"İlk yoxlama matçımızda qələbə qazandıq, futbolçulardan razı qaldım. Onlar hələ ki, 70 faiz istədiyim kimidir".
"Mediasport" xəbər verir ki, bunu 1-ci Liqada yarışan "Səbail"in baş məşqçisi Elnur Abdullayev deyib.
Türkiyədə reallaşan ilk yoxlama oyunu haqda düşüncələrini bölüşən mütəxəssis komandanın hazırlığından danışıb:
"Fiziki, texniki-taktiki hazırlıqlarımız davam edir. Hər şey qaydasındadır. Çempionata qədər tam hazır olacağıq.
Qarşıda daha iki sınaq matçı var və toplanış yekunlaşacaq”.
Qeyd edək ki, "Səbail" sınaq görüşündə Şimali Kipr Türk Respublikasının TOL klubunu məğlub edib - 1:0.

