Bölgə komandası daha iki futbolçu ilə əməkdaşlığı uzatmadı - RƏSMİ

Bölgə komandası daha iki futbolçu ilə əməkdaşlığı uzatmadı - RƏSMİ

Daha iki futbolçu "Karvan-Yevlax"ı tərk edib.

"Mediasport" xəbər verir ki, Qavi Tompson və Coy Slayd Mikelslə başa çatan müqavilələrin müddəti yenilənməyib.

Nigeriyalı Qavi başa çatan mövsüm 33 oyuna çıxıb və 2 qol vurub.

Ruandalı Mikels bölgə təmsilçisinin heyətində 19 oyunda 5 dəfə fərqlənib.

Buna qədər Kayl Spens və Pedro Mateuş da əyalət klubu ilə vidalaşıb.

Xatırladaq ki, "Karvan-Yevlax" yeni mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.