"Sabah"ın futbolçusu meydandan təcili yardım maşını ilə aparıldı

"Sabah" komandası ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, Masazır təmsilçisinin hücumçusu Coy-Lens Mikels Premyer Liqanın 7-ci turunun "Karvan-Yevlax"la görüşünün son saniyələrində ciddi xəsarət alıb.
Almaniyalı forvard rəqibin qapıçısı Kamran İbrahimovla toqquşmadan sonra zədələnib.
Həkimlərin səyinə baxmayaraq, ayağa qalxa bilməyən forvardı meydandan Təcili Tibbi Yardım avtomobilinin köməyilə birbaşa xəstəxanaya aparıblar.
Mikels belindən ağır zədə alıb.