Azərbaycan yığması İtaliyada ikinci dəfə Avropa çempionu oldu

 Azərbaycan yığması İtaliyada ikinci dəfə Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş millisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında rekord xalla birinci olub.

"Mediasport" xəbər verir ki, sərbəst güləş üzrə yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu adını qazanıb.

Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk "üçlüy"ü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekorddur.

Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.