Dünya çempionatında daha bir güləşçimiz medal qazandı

 Dünya çempionatında daha bir güləşçimiz medal qazandı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın üçüncü günündə daha bir yunan-Roma güləşçimiz medal qazanıb.

Emin Cavadlı (55 kq) yaponiyalı Hiro Sakamotoya 11:1 hesabı ilə qalib gələrək mundialın bürünc mükafatçısı olub.

Digər təmsilçilərimizdən Ayxan Cavadov (60 kq) finala qədər uğurla irəliləyib. O, həlledici dueldə özbəkistanlı Dostonbek Oripovla qarşılaşacaq.

Elmin Əliyev (82 kq) bu gün bürünc medal uğrunda döyüşə çıxacaq.

Esra Məmmədli (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya uduzub – 1:7.

Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə də bu gün bürünc mükafat uğrunda yarışacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) bürünc medal əldə edib.