"Sabah"da gözlənilməz ayrılıq oldu
"Sabah"da gözlənilməz ayrılıq olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Zinəddin Uld Xalidlə yollarını ayırıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, 26 yaşlı fransalı ilə 2025-in iyulunda iki illik müqavilə bağlanmışdı.

