Dünya çempionatı: Millimiz Andorra yığması ilə qarşılaşır

Dünya çempionatı: Millimiz Andorra yığması ilə qarşılaşır

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3-cü tur çərçivəsində səfərdə Andorra seçməsi ilə qarşılaşacaq.

C Liqasının 3-cü qrup görüşü Andorra la Vella şəhərindəki Milli Stadionda baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, komandamız qrupda Şimali Makedoniyaya qalib gəlib (2:0), Macarıstana uduzub (0:1).

Millimizin növbəti matçı da Andorra seçməsinə qarşı olacaq. Bu duel aprelin 18-də Bakıda reallaşacaq.