Bu klub Qubaya köçdü - RƏSMİ

Bu klub Qubaya köçdü - RƏSMİ

Bugünlərdə "Hypers Guba" adını "Quba"ya dəyişən komanda son dərəcə əhəmiyyətli qərar qəbul edib.

"Mediasport" xəbər verir ki, 2-ci Liqa klubu bundan sonra təmsilçisi olduğu rayonda məskunlaşacaq.

Bu barədə "Sportinfo"ya klubun prezidenti Ayaz Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, proses tezliklə start götürəcək və bu, "Quba"nın həyatında yeni mərhələ olacaq.

Bir neçə ildir futbol sektorunda fəaliyyət göstərən iş adamının sözlərinə görə, artıq bütün işlər bu istiqamətdə qurulacaq.

Kollektivin Qubada yerləşməsi və gündəlik məşq etməsi üçün lazımi şərait yaradılacaq.

Abdullayev "Quba"nın növbəti mövsümdə də iddialı olacağını, 1-ci Liqaya vəsiqə uğrunda mübarizə aparacağını deyib.

O, Bakıdan Qubaya köçün komandanın çıxışına müsbət təsir göstərəcəyinə və yerli azarkeşlərin onlara dəstəyini daha da artıracağına əmin olduğunu diqqətə çatdırıb.