Kurban Berdıyev: "Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi"

Kurban Berdıyev: "Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi"

"Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi".

"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" ilə səfər matçı haqda danışıb, 1:0 hesablı qələbəni şərh edib.


Bu qələbə 3-cü yer uğrunda iddianı nə qədər ortaya qoyur?

- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.

İbrahima Vaci və Jo Batista da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...

- Vaci fiziki baxımından yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

"Turan Tovuz" kubok üçün liqanı, liqa üçünsə kuboku qurban verə bilər?

- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.

"Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?

- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?

- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.