Yığmamızın UEFA Millətlər Liqası oyunu eston hakimlərə tapşırıldı

 Yığmamızın UEFA Millətlər Liqası oyunu eston hakimlərə tapşırıldı

Noyabrın 13-də UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, D Liqasının qarşılaşmasının Estoniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

FİFA referisi Kristo Tohverə yan xətlərdə Silver Koiv və Sander Saqa yardımçı olacaqlar.

Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da Yuri Frişer işləyəcək.

Vaduts şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.