Ukrayna klubu "Qarabağ"ın daha bir futbolçusunu transfer istəyir

Ukrayna klubu "Qarabağ"ın daha bir futbolçusunu transfer istəyir

Ukraynanın “Polessye” klubu “Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyir.

"Mediasport" xəbər verir ki, Jitomir təmsilçisinin hədəfi bu dəfə Aleksey Kaşşukdur.

Ukrayna mətbuatında klubun həmyerlilərini çoxdan izlədiyi açıqlanıb:

"27 yaşlı vinger çoxdan “Polessye”nin diqqət mərkəzindədir. Yayda Ağdam klubundan sağ cinah üçün Leandro Andradeni aldılar.

Baş məşqçi Ruslan Rotanın növbəti planı Kaşşukun keçidini həll etməkdir. O, Kaşşuku həm gənclər, həm də olimpiya millisindən yaxşı tanıyır".

Xatırladaq ki, Kaşşukun "atlılar"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.