"Turan" CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

 "Turan" CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, son ölkə çempionu yarışın III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksindəki qarşılaşma da ilk görüşdəki kimi - "Turan"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Beləliklə, Azərbaycan təmsilçisi CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.