"Sabah" FİBA Çempionlar Liqasında "Trabzonspor"u məğlub etdi

 "Sabah" FİBA Çempionlar Liqasında "Trabzonspor"u məğlub etdi

FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsilçimiz "Sabah" basketbol klubu qrupda növbəti qələbəsini qazanıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu 4-cü turda Bakıda Türkiyənin "Trabzonspor" kollektivini məğlub edib.

Milli Gimnastika Arenasında keçirilən görüş 91:72 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, "bayquşlar" əvvəlki turda Fransanın "Nanter 92" komandasına qalib gəlmişdilər (87:80).

Komanda səfərdə "Ritas"a (Litva) və "Trabzonspor"a uduzub.