Kəmalə Əsgərova Çelenc Kuboku matçında birinci hakim olacaq

 Kəmalə Əsgərova Çelenc Kuboku matçında birinci hakim olacaq

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.

Voleybol Federasiyasından "Mediasport"a verilən məlumata görə, o, Xorvatiyanın “Ribola” və Avstriyanın “Holdinq” komandaları arasında keçiriləcək qarşılaşmada birinci hakim olacaq.

Kəmalə Əsgərovaya bolqarıstanlı Boyan Zelev kömək edəcək.

Qarşılaşma bu gün Xorvatiyada təşkil olunacaq.