Azərbaycanlı qardaşlar Çimkənd yarışında finalda üz-üzə gəldilər

 Azərbaycanlı qardaşlar Çimkənd yarışında finalda üz-üzə gəldilər

Azərbaycan güləşçisi Davud Məmmdov Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnirin qalibi olub.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 77 kq çəki dərəcəsində bütün rəqiblərini, o cümlədən finalda qardaşı Cavad Məmmədovu məğlub edib.

Ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Qardaşına 1:3 hesabı ilə uduzan Cavad gümüş mükafatla kifayətlənib.