III MDB Oyunlarının maskotlarının təqdimat mərasimi keçirildi

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotlarının təqdimat mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, simvollar Bəbir və Leyladır.
Bəbir Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirir. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.
Xatırladaq ki, sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək.
Oyunlar Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil ediləcək.