Dünya çempionatı: Hidayət Heydərov mübarizəyə başlayır
Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulacaq.
57 kq çəki dərəcəsində təmsilçimiz Xədicə Qədəşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə qarşılaşacaq.
Olimpiya və dünya çempionu Hidayət Heydərov (73 kq) eyni mərhələdə Kosovo cüdoçusu Akil Qyakova ilə üz-üzə gələcək.
Bu çəkidə digər idmançımız Rəşid Məmmədəliyev isə 1/16 finalda Adil Osmanov / Castin Lemir cütünün qalibi ilə görüşəcək.
Görüşlər "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanır.
Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən DÇ oktyabrın 11-də yekunlaşacaq.
Azərbaycan yığmasından hələlik Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

