“İmişli” Premyer Liqada ilk böyükhesablı qələbəsini qazandı

“İmişli” Premyer Liqada ilk böyükhesablı qələbəsini qazandı

“İmişli” Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

"Mediasport" xəbər verir ki, bu, 5-ci turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorje Kaşkilyanın komandası səfərdə üç cavabsız qol vurub. Aran təmsilçisi yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb.

İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.