Azərbaycan klubu CEV Çelenc Kubokunda 1/16 finala yüksəldi

 Azərbaycan klubu CEV Çelenc Kubokunda 1/16 finala yüksəldi

Qadın voleybolçulardan ibarət Azərbaycanın “DH Volley” komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Danimarkanın "Holte" klubunu qəbul edib.

Ötən həftə səfərdə 3:0 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə də analoji qələbəni bayram ediblər - 26:24, 25:21, 25:14.

"DH Volley" 1/16 finalda Polşanın LKS komandası ilə qarşılaşacaq.