Azərbaycan millisi Çexiya yığmasını məğlub edir - YENİLƏNİR
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, komandamız Lənkəranda Çexiya yığmasını qəbul edəcək.
Qeyd edək ki, futzalçılarımız bu rəqiblə baş tutan ilk dueldə uduzublar (1:2).
Xatırladaq ki, qrupda Latviya yığması da yer alır.
Qrup qalibi olacaq kollektiv DÇ-də birbaşa Elit-raunda vəsiqə qazanacaq.
Ən yaxşı 2-ci yerin tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komandadan biri də birbaşa Elit-raunda yüksələcək.
2-ci yeri tutan komanda 4 ən yaxşı ikinciyə daxil olmasa, o zaman əsas mərhələnin pley-off mərhələsinə çıxacaq.
Futzalçılarımızın növbəti qarşılaşması noyabrın 8-də Bakı İdman Sarayında latviyalılara qarşı olacaq.
DÇ-2028. Əsas mərhələ. XII qrup
16:00 Azərbaycan – Çexiya 1:2
Qol: Kənan Manafov, 11.
Hakimlər: Çiara Perona, Martina Pikkolo, Simone Zanfino
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Lənkəran Olimpiya İdman Kompleksi.

