DÇ-yə 23 güləşçi ilə yollanan millimiz cəmi 6 medal qazandı
Qazaxıstanın paytaxtı Astanada keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatı yekunlaşıb.
Son yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal qazanmaq şansı əldə edib.
Lakin yalnız Ali Tsokayev (92 kq) müküfatçı ola bilib.
Təsəlliverici görüşlərə qatılan Cəbrayıl Hacıyev (79 kq), İslam Bazarqanov (57 kq) və Turan Bayramov (74 kq) ümidləri doğrultmayıblar.
Beləliklə, sərbəst güləş millimiz mundialda cəmi 3 medal qazanıb - Tsokayevdən əvvəl Arseniy Cioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) bürünc mükafata yiyələnib.
Daha yaxşı nəticə göstərən yunan-Roma yığmamızdan isə Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş medal əldə edib.
Xatırladaq ki, ölkəmiz DÇ-də 23 güləşçi ilə təmsil olunub.
Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədovdan (130 kq) ibarət 10 nəfərlik yunan-Roma güləşi heyəti Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi ilə yarışıb.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) medal qazana bilməyib.
10 sərbəst güləşçi - İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.
Mediasport.com.az

