Juninyo "Flamenqu" ilə bu dəfə Braziliya çempionu adını qazandı
Bu ilin yanvarında "Qarabağ"dan "Flamenqu"ya keçən Olavio Juninyo Braziliya klubunun heyətində növbəti titulunu qazanıb.
"Mediasport" xəbər verir ki, 29 yaşlı hücumçu A Seriyasının çempionu olub.
Felipe Luisin baş məşqçisi olduğu kollektiv mövsümün başa çatmasına bir tur qalmış qızıl medalların taleyini həll edib.
"Flamenqu" ən yaxın izləyicisi "Palmeyras"ı 5 xal qabaqlamaqla tarixində 9-cu çempionluğunu rəsmiləşdirib.
Xatırladaq ki, forvardın komandası bir neçə gün əvvəl Cənubi Amerikanın ən nüfuzlu klub turniri sayılan Libertadores Kubokunu da qazanıb.
