"Turan Tovuz" 2 milyon dollarlıq sponsorluq müqaviləsi imzaladı
"Turan-Tovuz" Futbol Klubu yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.
"Mediasport" xəbər verir ki, anlaşma Tovuz klubu ilə "Peak Eye Group" şirkəti arasında imzalanıb.
İmza mərasimindən əvvəl açıqlama verən klubun Müşahidə Şurasının sədri Ehtiram Quliyev müqavilənin 2 000 000 dollar dəyərində olduğunu bildirib.


