Mahir Emreli 45 dəqiqə oynadı, "Kayzerslautern" evdə uduzdu

Mahir Emreli 45 dəqiqə oynadı, "Kayzerslautern" evdə uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" evdə liderlərdən "Paderborn"la qarşılaşıb.

Görüş rəqibin qələbəsilə yekunlaşıb - 2:1.

Yığmamızın forvardı meydana 46-cı dəqiqədə daxil olub və sonadək oynayıb.

37 xalda qalan "Kayzerslautern" 6-cı pillədə qərarlaşıb.