Mahir UEFA Konfrans Liqasında komandasına kömək etməyəcək

Mahir UEFA Konfrans Liqasında komandasına kömək etməyəcək

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşanın "Rakuv” klubunun heyətində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirak edə bilməyəcək.

"Mediasport" xəbər verir ki, hücumçu Maltanın "Valletta" klubu ilə görüşlərini kənardan izləyəcək.

Buna Mahir və klub arasında müqavilənin gec imzalanması səbəb olub.

Polşa təmsilçisi mərhələni keçsə, 3-cü raundda forvardın xidmətindən yararlanacaq.