Azərbaycan millisi Avstriyaya getdi
Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
"Mediasport" xəbər verir ki, millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq görüşlərin Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.









