Məşqçi kursuna qəbul başlandı
AFFA UEFA B məşqçilik kursuna müraciətlərin qəbulunu elan edib.
"Mediasport" xəbər verir ki, UEFA-nın Məşqçilik Konvensiyasına uyğun təşkil olunan kurs UEFA C lisenziyasına malik və məşqçilik fəaliyyətini növbəti mərhələyə daşımaq istəyən mütəxəssislər üçün nəzərdə tutulub.
Müraciətlər iyulun 26-dək elektron qaydada qəbul ediləcək.


