2026-cı ilin ən yaxşı futbolçusu olmağa namizədlər açıqlandı
“Globe Soccer Awards” mükafatı üzrə 2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlanıb.
"Mediasport" xəbər verir ki, qalib adı uğrunda 26 oyunçu mübarizə aparacaq.
Tədbir dekabrın 28-də Birləşmiş Ərəb Əmriliklərinin Dubay şəhərində təşkil olunacaq.
Xatırladaq ki, 2025-ci ildə Fransa yığması və PSJ-nin üzvü Usman Dembele qalib olub.
2010-cu ildən davamlı keçirilən müsabiqənin təşkilatçılığında Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) da iştirak edir.
2026-cı ilin ən yaxşı futbolçusu olmağa namizədlər
Cud Bellingem ("Real" Madrid, İngiltərə millisi)
Pau Kubarsi (“Barselona”, İspaniya millisi)
Usman Dembele (PSJ, Fransa millisi)
Federiko Dimarko ("İnter", İtaliya millisi)
Desire Due (PSJ, Fransa millisi)
Brunu Fernandeş ("Mançester Yunayted", Portuqaliya millisi)
Erlinq Haaland ("Mançester Siti", Norveç millisi)
Əşrəf Hakimi (PSJ, Mərakeş millisi)
Vinisius Junior ("Real" Madrid, Braziliya millisi)
Harri Keyn ("Bayern", İngiltərə millisi)
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi)
Lautaro Martines ("İnter", Argentina millisi)
Kilian Mbappe ("Real" Madrid, Fransa millisi)
Nunu Mendeş (PSJ, Portuqaliya millisi)
Lionel Messi ("İnter Mayami")
Joau Neveş (PSJ, Portuqaliya millisi)
Maykl Olise ("Bayern", Fransa millisi)
Rafinya ("Barselona", Braziliya millisi)
Deklan Rays ("Arsenal", İngiltərə millisi)
Rodri ("Barselona", İspaniya millisi)
Fabian Ruis (PSJ, İspaniya millisi)
Bukayo Saka ("Arsenal", İngiltərə millisi)
Vilyam Saliba ("Arsenal", Fransa millisi)
Dominik Soboslai ("Liverpul", Macarıstan millisi)
Vitinya (PSJ, Portuqaliya millisi)
Lamin Yamal ("Barselona", İspaniya millisi)

