Azərbaycan milli komandasının üzvü 27 yaşında dünyasını dəyişdi

Azərbaycan milli komandasının üzvü 27 yaşında dünyasını dəyişdi

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Mirismayıl Həbibov vəfat edib.

"Mediasport" xəbər verir ki, 27 yaşlı idmançı uzun müddət səhhətində ciddi problemlərlə mübarizə aparıb.

Mirismayıl 2023-cü ildə Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa Çempionatında iki kateqoriya üzrə mübarizə aparıb.

O, "10 metr hava tapançası - komanda" yarışında 845 xalla seçmə mərhələdə uğurla iştirak edərək Azərbaycan komandasının 10-cu yeri tutmasına töhfə verib.

Həmin çempionatda fərdi şəkildə də yarışan Həbibov "10 metr hava tapançası - kişilər" kateqoriyasında 544 xal toplayaraq 65-ci yerdə qərarlaşıb.Allah rəhmət eləsin!

Allah rəhmət eləsin!