Azərbaycan yığmasının iki üzvü Avropa çempionatında yarışacaq
Azərbaycanın güllə atıcıları Bolqarıstanın Burqas şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, turnirdə ölkəmizi Leyli Əliyeva və İmran Qarayev təmsil edəcəklər.
İdmançılarımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma proqramında qüvvələrini sınayacaqlar.
L.Əliyeva və İ.Qarayev fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı fevralın 9-15-də təşkil olunacaq.
