Millimizin Avropa çempionatına hazırlığı Monteneqroda baş tutacaq

 Millimizin Avropa çempionatına hazırlığı Monteneqroda baş tutacaq

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlığı davam etdirir.

"Mediasport" xəbər verir ki, yığmamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub.

Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herseq Novi şəhərinə yollanıb.

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.