Azərbaycan millisi dünya çempionatında 1/4 finala çıxdı

Bakıda ilk dəfə keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunları keçirilib.
“Mediasport” xəbər verir ki, Milli Gimnastika Arenasında 4 matç baş tutub.
A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi, son dünya çempionu Rumıniya yığması ilə qarşılaşıb.
Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan duel sonrası penaltilər seriyasında daha dəqiq olan futbolçularımız adlarını 1/4 finala yazdırıblar.
Yarımfinal yolunda Azərbaycan İngiltərə, Macarıstan isə Mavritaniya ilə üz-üzə gələcək.
1/8 finalın qalan 4 matçı sabah reallaşacaq.
Dünya çempionatı. 1/8 final
İngiltərə - Bolqarıstan 2:2 (pen., 3:1)
Portuqaliya - Macarıstan 2:3
Azərbaycan - Rumıniya 1:1 (pen., 2:1)
Fransa - Mavritaniya 0:1