Millimiz Minskdən məğlub döndü

  Millimiz Minskdən məğlub döndü

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda iki yoxlama oyunu keçirib.

"Mediasport" xəbər verir ki, yerli "Minsk" klubu ilə qarşılaşmalarda millimiz məğlub olub (4:0, 3:1).

Yığmamız Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.