Millimiz Kutaisidə 4-cü oldu

  Millimiz Kutaisidə 4-cü oldu

12 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edib.

"Mediasport" xəbər verir ki, yığmamız Kutaisidə baş tutan yarışı 4-cü başa vurub.

Bu turnir U-12 millimizin iştirak etdiyi ilk beynəlxalq turnir olub.

Çempionatda "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almatı Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basko 2019" (hamısı Gürcüstan) komandaları mübarizə aparıb.