Roza Salihova vəfat etdi
Keçmiş SSRİ-nin milli komandası ilə iki dəfə Olimpiya çempionu olmuş sabiq voleybolçu Roza Salihova vəfat edib.
"Mediasport" xəbər verir ki, 1970-ci ilin dünya çempionu 81 yaşında dünyasını dəyişib.
1968 və 1972-ci illərdə olimpiadanın qalibi olmuş Salihova 1967 və 1971-ci illərdə Avropa çempionatında da qızıl medal qazanıb.
