Azərbaycan çempionatında bürünc medalı onlar qazandılar

Kişi voleybolçuların Yüksək Liqasında bürünc medalçı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, “Xilasedici” və “Neftçi” komandaları medal uğrunda ikinci oyuna çıxıblar.
GİN-in Voleybol Mərkəzində keçirilən qarşılaşma “Xilasedici” növbəti dəfə "Neftçi" üzərində inamlı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, çempionluq mübarizəsində “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq. Görüşlər bu gün və aprelin 25-də keçiriləcək.