Azərbaycan yığması Avropa Qızıl Liqasında fiaskoya uğradı

 Azərbaycan yığması Avropa Qızıl Liqasında fiaskoya uğradı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Qızıl Liqasında son matçını keçirib.

"Mediasport" xəbər verir ki, komandamızın Xorvatiyanın Zadar şəhərində baş tutan raundda sonuncu rəqibi Rumıniya yığması ilə də bacarmayıb - 0:3.

Beləliklə, ötən gün Xorvatiya millisinə də uduzan Faiq Qarayevin komandası 6 qarşılaşmanın hamısında meydanı qələbəsiz tərk edərək qrupu sonuncu pillədə başa vurub.