Millimiz toplanışı başa vurdu

  Millimiz toplanışı başa vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

"Mediasport" xəbər verir ki, yığmamız Ankarada keçirilən təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb.

Millimiz sabah yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankaradakı toplanış çərçivəsində millimiz Türkiyə yığması ilə iki yoxlama oyunu da keçirib.

Oyunların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.

Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək.

Komandamızın növbəti oyunu iyunun 7-də ev sahibi İsveç millisi ilə olacaq.